Naxçıvanda ayı kənd sakininə ciddi xəsarətlər yetirib

15:40 19.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda ayı insanlara hücum edib, bir sakinə ciddi xəsarətlər yetirib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Məmmədovun və onun oğlunun üzərinə hücum edib.

Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və o, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.