Nərimanov rayonunun bəzi yerlərində qaz olmayacaq

17:42 13.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək. Bu səbəbdən 14.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan hafta.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Ə.Əliyev 63 və Ə.Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.