“İvanişvili gürcü xalqına və Qərbdəki dostlarına müharibə elan etdi. Müxalifətin əsas lideri Mixail Saakaşvilini siyasi həbsdən azad etmək Salome Zurabişvilinin borcudur, əks halda onun sözləri səmimi olmayacaq”.
Hafta.az-ın yazdığına görə, bu barədə “Birlik - Milli Hərəkat”ın üzvü Nika Oboladze bildirib. Onun fikrincə, Saakaşvili heç bir şərt qoyulmadan dərhal sərbəst buraxılmalıdır.
“Əgər Salome Zurabişvili İvanişvilinin gürcü xalqına, Qərbdəki dostlarına müharibə elan etməsinə, müxalifətin ləğvini istədiyini deməsinə qarşı mövqeyində səmimidirsə, o da öz hərəkətlərində səmimi olmalıdır. Hansı ki, müxalifətin əsas lideri, Gürcüstan cəmiyyətinə ən çox təsir edən, həm müxalifət, həm də iqtidar təmsilçiləri tərəfindən ən böyük dəstəyi olan şəxs haqsız həbsdən çıxmalıdır. Saakaşvili azad olmalıdır. Onda Salome Zurabişvilinin sözləri ilə yanaşı, hərəkətlər də səmimi olacaq. Əlbəttə, İvanişvili gürcü xalqına və Gürcüstanın dostlarına, gürcü xalqının birliyinə müharibə elan etdi, lakin bütün bunlara qarşı çıxmaq lazımdır. Siyasi məhbus Saakaşvilini azad etmək Salome Zurabişvilinin boynunun borcudur”. – Oboladze deyib.