Nikahdankənar uşaqlar parlamentdə gündəmə GƏTİRİLDİ

11:29 17.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Statistikada qeyd olunur ki, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib:

"Bu, ailə institutu üçün olduqca böyük faciəvi problemdir. Biz bu istiqamətdə cəmiyyətdə ictimai müzakirə yaratmalıyıq. Necə etməliyik ki, ailə institutunu qoruya bilək".