Yazını böyüt
Yazını kiçilt
Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado öz mükafatını ABŞ Prezidenti Donald Trampa verdiyini bəyan edib.
Hafta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
O, jurnalistlərin Trampın mükafatı qəbul edib-etməməsi ilə bağlı sualını cavablandırmayıb.
Maçado Trampın Venesueladakı vəziyyəti çox aydın başa düşməsinə heyran qaldığını vurğulayıb:
"O, vəziyyəti bilir və xalqın çəkdiyi əzabları anlayır. Bu, ABŞ prezidentinin Cənubi Amerika ölkəsinin siyasi gələcəyini necə müəyyən edəcəyinə təsir göstərə biləcək vacib bir görüş idi".
Tərəflər arasında görüş bir saatdan çox davam edib.