Onlara vizaların əksər növlərinin verilməsi dayandırılıb

09:42 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Fələstin vətəndaşlarına əhəmiyyətli sayda Amerika vizasının verilməsini müvəqqəti dayandırıb.

Hafta.az xəbər verir ki, müvafiq əmr ABŞ Dövlət Departamenti tərəfindən avqustun 18-də, Amerika dövlət siyasəti orqanının Qəzza zolağının sakinlərinə səfər vizalarının verilməsinin dayandırıldığını elan etməsindən bir gün sonra Amerika səfirlikləri və konsulluqlarına göndərilib.

Viza təsdiqinin dayandırılması bütün Fələstin pasportu sahiblərinə aiddir, lakin ikili vətəndaşlığı olan fələstinlilərə təsir etmir. Məhdudiyyətlər tələbə və biznes vizaları, habelə tibbi xidmətlər üçün giriş icazələri üçün müraciət edənlərə şamil olunur.

Amerika hakimiyyətinin bu qərarının səbəbi barədə hələlik məlumat verilmir. /"The New York Times"/