Oqtay Şirəliyev VƏFAT ETDİ

19:08 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

Hafta.az-ın məlumatına görə, sabiq nazir bu gün 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib. Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.

2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.