Orlando Blum: “Bred Pittlə birlikdə rol aldığım filmə görə peşmanam”

10:35 13.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Orlando Blum “Pirates of the Caribbean” və “Üzüklərin Hökmdarı” kimi filmləri sevinclə yada salsa da, 2004-cü ildə çəkilmiş “Troy” filmini o qədər də yaxşı xatırlamır.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, aktyor bu tarixi filmdə canlandırdığı Paris obrazının dediyi bir misranı xatırlaya bilməyib: "Aman Allahım, Troya? Deyəsən, yolda bu filmi ağlımdan silmişəm. Baxmayaraq ki, çox adam o filmi sevir, bu obrazı canlandırır... Mən o filmdə olmaq, o obrazı canlandırmaq istəmirdim?”...

Homerin “İliada” dastanından ilhamlanan filmdə Bred Pitt, Erik Bana, Piter O’Tul kimi böyük adların rol aldığını xatırladan Blum sözlərini belə davam etdirib: “Film əla idi, Bred, Erik və Peter O’Tul var idi. Amma mən bu obrazı necə oynayacaqdım? Deyəsən, buna görə də onu beynimdən sildim".

2004-cü ilin yayında nümayiş etdirilən film dünya üzrə kassa gəliri ilə təxminən yarım milyard dollar qazanıb.

Filmdə Blumun qeyd etdiyi ulduzlarla yanaşı, Dayan Kruger, Brayan Koks, Sin Bean və Brendan Qlison da rol alıb.

Kruger keçən il verdiyi müsahibədə filmin çəkilişlərinin çox sevincli keçdiyini bildirsə də, atmosferin sirkə bənzədiyini söyləmişdi.

Paparassilərin Bred Pitt üçün helikopterlə nəhəng çəkiliş meydançasını dövrə vurduğunu deyən 47 yaşlı alman aktrisa, "Film çıxanda alman mətbuatı mənə qarşı çox sərt davrandı. Atamı tapdılar, 13 yaşımdan bəri görməmişdim və Bred mənim kədərləndiyimi görürdü” deyib.

“Troy” Blumun karyerasının zirvəsində sayıla biləcəyi bir dövrə təsadüf edib. “Üzüklərin Hökmdarı” trilogiyasından sonra ilk “Pirates of the Caribbean” filmi ilə tamaşaçılarla görüşən aktyor, bu blokbaster istehsallardan dərhal sonra “Troy”da rol alıb.

Oxunma sayı 232