Qayıqdan yıxılan məşhur müğənni Orxan Gəncəbayın sağlamlıq vəziyyəti ilə bağlı həyat yoldaşı Sevim Əmrə açıqlama verib.
Hafta.az-ın CNN Türk-ə istinadən yazdığına görə, xanımı Sevim Əmrə ilə Anadolu Sahilindəki məkanların birində şam edən sənətçi Orxan Gəncəbay evinin yaxınlığındakı körpüdə qayıqdan düşmək istəyərkən beton döşəməyə yıxılıb.
Xəstəxanaya aparılan Gəncəbay "Allaha şükür yaxşıyam. Vacib qəza oldu, Allah məni qorudu" deyib.
Sevim Əmrə həyat yoldaşının sağlamlıq vəziyyətindən söz açarkən bunları deyib: "Biz qayığın kənarında dayanmışdıq. Orxan bəy düşmək istəyirdi və məncə tələsirdi. Qayıqda olan şəxs tutmaq üçün əlini uzatdı, amma o, betona çırpıldı. Allaha şükür, başı dəymədi. Bədənində göyərmə vardı, korset verdilər. Həkimlər dedilər ki, 3-4 günə tam normallaşacaq”.