2018-ci ildə yaşadığı asma xəstəliyindən sonra içkiyə marağı azalan Anna Hathavay yeni müsahibəsində 5 ildir bir damla da spirt içmədiyini açıqlayıb.
Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, Hathavay 2019-cu ildə Ellen DeGeneres Şousuna qatılarkən ilk dəfə içkidən imtina etmək qərarını ictimaiyyətlə bölüşərkən, özü ilə kiçik oğlu arasında maneələr yaratmamaq istədiyini vurğulayıb.
Hathavay sağlamlığı və 40 yaşının tamam olması ilə bağlı fikirlərini bildirib.
"Dönüş nöqtələri olaraq təyin etdiyim bir çox başqa şeylər var" deyən aktrisa əlavə edib: "Adətən bu barədə danışmıram, amma 5 ildən artıqdır ki, içki içmirəm. Bu, dönüş nöqtəsi kimi hiss olunur. 40 yaş bir hədiyyə kimidir, mən bəzi şeyləri "orta yaş"la eyniləşdirməkdən çəkinirəm. Məsələn, bu gün məni maşın vura bilər. Bilmirəm orta yaşdır, ya yox”.
Geniş müsahibəsində 41 yaşlı aktrisa onu dünyaya tanıdan “The Princess Diaries”in üçüncü bölümünün hələ də çəkilə biləcəyini də bildirib.
"Navice Princess 3" ilə bağlı bir şey hazırlanırmı?” sualına Hathavay “Bəli” cavabını verib.
Bundan əvvəl Hathavay üçüncü hissənin söz mövzusu olmadığını və bu filmlərin keçmişdə qaldığını söyləyib.
Hathavay-in yeni filmi " The Idea of You" mayın 2-də Amazon Prime Video-da premyerası olacaq. Romantik filmdə Hathavay daha gənc və məşhur bir kişiyə aşiq olan, boşanmış ana Soleni canlandırır.
Robin Linin 2017-ci ildə eyniadlı romantik romanının adaptasiyası olan filmin rejissoru Maykl Şoualterdir.
“The Chance of You” filmində dünyaca məşhur gənc pop ulduzu canlandıran 29 yaşlı britaniyalı aktyor Nikolas Qalitzin Hathavayı müşayiət edir.