Ötən gün 21 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

13:15 18.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının fevralın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 13,5 kiloqramdan artıq marixuana, 3,1 kiloqrama yaxın tiryək, həmçinin 1 kiloqram 42 qramdan çox metamfetamin və 100 ədəd metadon həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.