Özbəkistanın ilk müdafiə naziri, istefada olan general-polkovnik Rüstəm Urmanoviç Əhmədov vəfat edib.
Hafta.az-ın yazdığına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rüstəm Urmanoviç 1943-cü il noyabrın 10-da Fərqanə vilayətinin Bağdad rayonunda anadan olub. General-polkovnik 40 ildən artıq Silahlı Qüvvələrdə xidmət edib.
1966-1972-ci illərdə Baltik Hərbi Dairəsinin 11-ci Ordusunun tank alayında tank taqımı komandiri vəzifəsindən Şimal Qüvvələrində siyasi məsələlər üzrə tank batalyonunun komandir müavini vəzifəsinə qədər yüksəlib.
1972-1986-cı illərdə Daşkənd Ali Tank Komandanlığı Məktəbində və Səmərqənd Ali Hərbi Avtomobil Komandanlıq və Mühəndislik Məktəbində xidmət edib, kurs komandirinin tədris işləri üzrə müavini, sonra isə tabor komandiri vəzifələrində çalışıb.
1986-1991-ci illərdə Daşkənd vilayətinin Mülki Müdafiə Baş Komandanının müavini və Qərargah rəisi vəzifələrində işləyib.
1991-1992-ci illərdə o, eyni zamanda Özbəkistanın müdafiə naziri və Özbəkistan Milli Qvardiyasının komandanı, 1992-1997-ci illərdə isə Özbəkistanın müdafiə naziri vəzifələrində çalışıb.
Rüstəm Əhmədov bir sıra medallarla, “Şon-Şərəf” (II dərəcəli) və “Dostluq” (Dustlik) ordenləri ilə təltif edilib.