Özcan Dəniz keçmiş arvadı tərəfindən döyüldü

17:42 22.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məhşur türk müğənni və aktyor Özcan Dəniz keçmiş arvadı tərəfindən yumruqlanıb.

Hafta.az-ın yazdığına görə, Ö.Dəniz ötən həftə böyük oğlu Kuzeyin məktəbə getmədiyini eşidib və səbəbini öyrənmək üçün keçmiş arvadı Feyza Aktanın evinə gedib. Özündən 23 yaş kiçik olan keçmiş arvadı onu görən kimi üstünə yeriyərək yumruq atmağa başlayıb. Hətta F.Aktanın Ö.Dənizin köynəyini cırdığı da deyilir. Hadisənin videogörüntüləri ortaya çıxar-çıxmaz dəlil kimi məhkəmə işinə əlavə edilib. 

Bu günlərdə İstanbul 17-ci Ailə Məhkəməsində Dənizin işi ilə bağlı keçirilən iclasda Ö.Dənizlə yanaşı F.Aktan və tərəflərin vəkilləri bir-birilərini ittihamlayıblar. Jurnalistlərin buraxılmadığı iclasda Ö.Dənizin böyük qardaşı Ərcan Dəniz və bacısı Sibel Semerci, F.Aktanın isə anası iştirak edib.

Məhkəmə iclasında tərəflərin qohumları şahid qismində dindirilib, ardıyla da F.Aktanın Ö.Dənizi yumruqladığı video müzakirə olunub. 

Məhkəmədən çıxışda Ö.Dəniz əlavə heç bir suala cavab verməsə də, yalnız onu deyib ki, məhkəmə təxirə salınıb.

Oxunma sayı 297