Pakistan korrupsiya içində - 100 milyon dollar yardım yoxa çıxıb

13:35 19.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanda İslamabad hökumətinin ölkədəki daşqınlarla mübarizə üçün toplanan milyonlarla dollar vəsaitin korrupsiyaya qurban getməsi ilə bağlı narahatlıqlar artır.

Hafta.az-ın climatechangenews-a istinadən yazdığına görə, məlum olub ki, Dünya Bankının Kəraçidəki daşqınlarla mübarizə üçün İslamabad hökumətinə verdiyi 100 milyon dollarlıq yardım paketinin 3 faizindən də az hissəsi istifadə olunub.

2020-ci ildə başlanan layihə çərçivəsində verilən yardımlara baxmayaraq, ölkədə daşqınlara qarşı ciddi tədbirlər görülməyib və nəticədə 2022-ci ildə baş verən daşqınlar böyük itkilərə səbəb olub.

Göndərilən vəsaitlər infrastruktur layihələrinə və iqlim dəyişikliyi ilə mübarizəyə sərf edilməli olduğu halda, 92 min dolların “mebel” və “məişət əşyaları”, 30 milyon dolların isə “müəyyən edilməmiş işlərə” xərcləndiyi qeydə alınıb.

Pulun bir hissəsi ilə bölgədə söküntü işlərinin aparıldığı, qanuni tikilmiş evlərin qanunsuz olaraq söküldüyü, xeyli insanın evsiz qaldığı bildirilib.

Ölkədəki korrupsiya səbəbindən regionda “korrupsiya ölkəsi” kimi tanınan Pakistanda administrasiyanın bu 100 milyon dollarlıq fondun böyük hissəsini korrupsiyaya xərclədiyinə dair narahatlıqlar var.

Qeyd edilir ki, İslamabad administrasiyası korrupsiya səviyyəsinə görə dünyada ən pis rekordlardan birinə malikdir.

Ölkənin indiki baş naziri Şahbaz Şərif və ailəsi, eləcə də ölkəni pərdəarxası idarə etməkdə ittihamlanan hərbi və kəşfiyyat generalları külli miqdarda korrupsiyada ittihamlanırlar.