Paralimpiya Oyunlarının qalibi vəfat etdi

19:09 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliyalı paravelosipedçi Peyc Qreko vəfat edib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı idmançı evində qəfil dünyasını dəyişib.

P.Qreko trek velosipedi üzrə çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc, şose velosipedi üzrə analoji yarışda isə 1 qızıl və 3 bürünc medal qazanıb. O, həmçinin “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi olub.