Patrix Stüart övladları ilə münasibətinə aydınlıq gətirib

09:25 02.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aktyor Ser Patrix Stüart ekrandankənar həyatına yeni işıq salan təsirli müsahibəsində övladları ilə əlaqəsinin niyə kəsildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, “Royal Shakespeare Company”də məşq edən və “Star Trek” filmi ilə tanınan 83 yaşlı aktyorun birinci həyat yoldaşı Şeyla Fakonerdən Daniel və Sofi adlı iki övladı var, lakin o, hazırda onlardan ayrıldığı üçün çox kədərlidir.

“X-Men” filmindən Çarlz Ksavye və “Star Trek” filmindən Kapitan Jan-Lük Pikard obrazını canlandırmış Stüart 1967 və 1972-ci il təvəllüdlü övladları haqqında yeni müsahibə verib. Ondan övladları kiçik ikən ürəyincə ata olub-olmadığını soruşublar.

Stüart “İrish Independent”ə deyib: "Belə idi, övladlarımdan artıq ayrıldığımı nəzərə alsaq, onlar çox vacib hala gəliblər. Bunun olacağını heç düşünməzdim, amma hər iki övladım 50 yaşlarındadır. Onlar artıq uşaq deyillər, böyük kişidirlər və onlarla demək olar ki, heç bir əlaqəm yoxdur".

Stüart qeyd edib ki, övladlarının xatirəsi, keçmişdə kim olduqlarına və qismən də onun təsiri altında böyüdüklərinə görə daşıdığı məsuliyyət hissinin acı vermədiyi bircə günü yoxdur. O, təəssüflə qeyd edib  ki, aktyorluq işini həmişə ailəsindən üstün tutub.

Aktyor deyib ki, uşaqlar kiçik olanda bir valideyn kimi daha yaxşı iş görə bilərdi. Amma sadəcə sənətlə maraqlanıb, qalan hər şey ikinci planda olub. “İndi nəvələrimlə bunu mümkün qədər düzəltməyə çalışıram. Öz övladlarım da məni bağışlamış kimi görünür", - Stüart bildirib.

Stüart və Falkonerin evliliyi 22 il davam edib, lakin 1990-cı ildə nikahdankənar münasibətə görə sona çatıb.

Aktyor 2013-cü ildən üçüncü həyat yoldaşı Sanni Özellə evlidir.