Paytaxt üzrə 127 təhsil işçisi ordu sıralarına qoşulub

12:39 28.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt üzrə 127 təhsil işçisi ordu sıralarına qoşulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) hafta.az-a verilən məlumata görə, təhsil işçiləri də Azərbaycanın öz torpaqları uğrunda haqq savaşı apardığı Vətən Müharibəsində fəal iştirak edib.

Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub. Onlardan 122-si müəllim, 5-i direktor müavinidir.