Peruda güclü zəlzələ

16:13 01.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peruda 6 bal gücündə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 8 min nəfər əhalisi olan Çasuta şəhərindən 52 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı ocağı isə 113 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.