Pokrovsk rus diversantlarından təmizləndi...

19:00 15.08.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna desant həmlə qoşunlarının (DHQ) 7-ci korpusunun qüvvələri və müvafiq bölmələr Donetsk vilayətinin Pokrovsk şəhərini düşmən qruplarından və tək-tək gəzən Rusiya hərbçilərindən təmizləyib.

Hafta.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda  DHQ-nin 7-ci Korpusunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Təfərrüatlar:

Hərbçilərin məlumatına görə, şəhərdə Ukrayna əsgərləri işləyir, yerli sakinlər hərəkət edir.

Desantçılar qeyd edirlər ki, şəhərin özündə hərəkət xeyli məhduddur, lakin Pokrovska daxil olmaq mümkündür.

Xatırladılır ki, iyulun 15-də Rusiyanın ilk təxribat və kəşfiyyat qrupları altı aydan artıqdır ki, ətrafında döyüşlərin getdiyi Pokrovsk şəhərinə soxula bilmişdlər.

Təxribat qruplarının daxil olduğu vaxt Pokrovskda olan və bu günə qədər orada qalan briqadalardan biri Aleksey Dovbuş adına 68-ci əlahiddə yeger briqadasıdır.

Pokrovsk şəhərindən “Ukraynskaya pravda"nın vi`deoreportajı da təqdim edilir.