Yazını böyüt
Yazını kiçilt
“Polis Akademiyası”nda komissar Genri Herst obrazını canlandıran aktyor Corc R. Robertson vəfat edib.
Hafta.az xəbər verir ki, aktyor 89 yaşında Torontodakı Sunnybrook Sağlamlıq Elmləri Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, Robertson ekranda ilk dəfə "Rozmarinin körpəsi" filmindəki obrazı ilə çıxıb. O, 2004-cü ildə "Gemini Awards" mükafatına layiq görülüb. Bir neçə filmdə rol alan aktyor sonrakı həyatını rəsmə və yazıya həsr edib.