Kaliforniya polisi Hollivud ulduzu 58 yaşlı Kayanu Rivzin Los Ancelesdəki evinə baş çəkib. Naməlum 27 yaşlı qadının yoxa çıxması xəbərinə cavab verən səlahiyyətlilər Rivzin evində axtarış aparıblar.
Hafta.az-ın "DailyMail"ə istinadən yazdığına görə, ötən həftə çoxdankı sevgilisi Aleksandra Qrantla qala gecəsinə qatılan aktyor itkin düşdüyü iddia edilən qadınla bağlı heç bir məlumatının olmadığını və onun axtarış aparılan iqamətgahda yaşamadığını bildirib.
Polis xəbəri verən şəxsin bir müddətdir rəfiqəsindən xəbər tutmadığını deyib, qadının doğum tarixindən istifadə etdiyi avtomobilin detallarına qədər bir çox məlumat verdiyini bildirib.
"Con Uik" serialının ulduzu Rivzin təsadüfən evinə basqın edən polislərə qarşı mehriban davrandığı bildirilir. Məlumatı verən şəxsin kino ulduzunun ünvanını səhvən göstərdiyi, yoxsa zarafat etməyə çalışdığı məlum deyil.