Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

10:52 18.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7 tüfəng aşkar edərək götürülüb. Həmçinin, 510 ədəd müxtəlif çaplı patronun aşkar edilərək götürüldüyü qeyd edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.