Qarabağda qalan ermənilər də Ermənistana göndərildi

13:05 23.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib. 

Hafta.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilib ki, bu barədə məlumatı bu ölkənin əmək və sosial məsələlər naziri Arsen Torosyan açıqlayıb.

Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər. 

Bildirilib ki, onlar 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər.