Qarlı havada 179 nəfər xəsarət alıb

10:00 24.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 89-u qadın, 90-ı kişi olmaqla, 179 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TƏBIB-dən bildirilib.

 "Onlardan 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.