Qərbi Zəngəzur qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır - ERMƏNİSTAN BİZƏ YALVARMALIDIR Kİ...

18:45 28.10.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Biz bir xalq, dövlət olaraq 1920-ci ildə Rusiyanın qırmızı bolşevik ordusu ölkəmizi işğal edib milli hakimiyyətimizi devirəndən sonra sovet imperiyasının tərkibinə hansı ərazi, hansı xəritə ilə girdiyimizi unutmamalıyıq. Əgər  rəsmən deyiriksə ki, Azərbaycan Respublikası olaraq 1918-1920-ci illərdə mövcud olmuş Azzərbaycan Xalq Cümhuriyyətinin varisiyik, o halda həmin ilk demokratik müstəqil dövlətimizin də ərazisinə, xəritəsinə əsaslanmalıyıq.

Bu fikirləri hafta.az-a keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşa deyib.

Onun sözlərinə görə, yəni varis olaraq 114 min kvadrat-kilometrlik ərazimizin rəsmi iddiasını irəli sürməli və bunu beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq.  Bu məsələni həm ölkə, həm dünya ictimaiyyəti arasında daim təbliğ etməliyik:

Bu gün isə hər dəfə Putin deyəndə ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası sovet dövrünün xəritələri əsasında həyata keçirilməlidir, bunu Rusiya dövlətinin Azərbaycana böyük bir lütfü kimi qəbul edirik. Sanki bu cür deməyə də bilərmişlər. Məsələni belə qoymalıyıq ki, sovet dövründə qanunsuz şəkildə, heç bir əsas olmadan Ermənistana bağışlanmış Qərbi Zəngəzur və digər təxminən 30 min kvadrat kilometrlik  torpaqlarımızı istəyirik. Hələ Rusiyanın özündə və müəyyən dərəcədə isti münasibətimiz olan digər respublikanın ərazisində qalan torpaqlarımızı demirik...  Odur ki, demarkasiya və  delimitasiya da Xalq Cümhuriyyəti dövrünün, 1918-1920-ci illərin xəritələri əsasında aparılmalıdır. Və həmin xəritələrə əsasən Ermənistanla Azərbaycanın sərhəd xətləri Göyçə gölünün ortasından keçir. Bu baxımdan Qərbi Zəngəzur, o cümlədən Meğri ərazisi də qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır.  Hazırda Naxçıvan sanki kənarda bir anklav kimi qalıb, yəni Azərbaycanı əsas hissəsindən aralı düşüb...

Ermənistan bizə yalvarmalıdır ki, dayanın.  Ermənistan məğlubdur, biz onlara güzəştə getmişik. Azərbaycan hücumu davam etdirib, Xankəndinə girərdi, lap İrəvana da daxil ola bilərdi. İkincisi, bir anlığa təsəvvür edək ki, eyni coğrafi ərazidə Azərbaycanın yerinə Ermənistandır, Ermənistanın yerində Azərbaycandır... Orta Asiyadakı ölkələr də türkdilli yox, ermənidilli ölkələrdir. Görün, ermənilər nələr edərdi... Bir sözlə, bizim Ermənistanı birmənalı olaraq yer üzündən silmək şanslarımız var. Hazırda biz, əksinə, Ermənistandan qalib dövlət olaraq özümüzə qarşı hansısa lütfkarlıq gözləyirik..."