Qısqanclıqla mübarizə aparmaq üçün PSİXOLOQDAN 5 TƏKLİF

10:40 19.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerikalı psixoloq Coli Hamilton münasibətlərdə qısqanclıq hissi ilə mübarizə aparmaq üçün müxtəlif məsləhətlər verir. CNN-in sağlamlıq müxbiri Sancay Quptanın podkastında iştirak edən əlaqələr mütəxəssisi, qısqanclığı anlamaq üçün səy göstərməyin tərəfdaşımızla bağlarımızı gücləndirə biləcəyini söyləyib.

Hafta.az-ın yazdığına görə, Hamilton deyir ki, insan qısqanclıq hiss etdikdə, impulsiv hərəkət etmək əvəzinə, vəziyyəti bütün ölçüləri ilə düşünməlidir.

Psixoloq “Tələsik nəticə çıxarmayın, ilk növbədə hisslərinizə diqqət yetirin” deyir və əslində nə baş verdiyini anlamağın vacibliyini vurğulayır: “Ən kiçik qısqanclıqdan dəli olmayın, sakitləşin”.

Qısqanclığın qəzəb yarada biləcəyini ifadə edən Hamilton, bu vəziyyətlərdə sevdiklərimizə zərər verməkdən çəkinməyin vacibliyini xatırladır.

Psixoloq emosional və fiziki reaksiyaların tənzimlənməsinin vacibliyinə diqqət çəkir, dərindən nəfəs almağı və nəzarəti itirməməyi tövsiyə edir: "Bəli, bunu demək sadədir, amma icra etmək çətindir. Özünü tənzə çıxarmaq üçün bəzi bacarıqları öyrənin, sinir sisteminizi tənzimləməyi öyrənin".

Qısqanclığın münasibətlərdə təbii bir duyğu olduğunu xatırladan Hamilton, insanların bunun üçün özlərini günahlandırmamalı və utanmamalı olduqlarını vurğulayır. Bu hissin normal olduğunu anlamağın vacibliyinə işarə edərək deyir ki, “Qısqanclıq duyğudur, müəyyən məqsədə xidmət edir. Bu gündəmə gələndə siz onu dinləməlisiniz".

Münasibətlər üzrə mütəxəssis qısqanclıqdan “şeytanlaşdırmaqdan” çəkinməyin lazım olduğunu bildirir və “Bunun əvəzinə özünüzə “qısqanclıqla mübarizə aparırsan” deyə təklif edir.

Hamilton bəzi filmlərdə, mahnılarda və ədəbiyyat əsərlərində qısqanclığın romantikləşdirildiyini vurğulayır. Qısqanclığı bu şəkildə tərənnüm etməyin təhlükəli olduğunu izah edən psixoloq belə bir tövsiyəni bölüşür: "Əvəzində gözləntilərinizi açıq şəkildə paylaşaraq romantikləşdirin. Seksual səslənmir, amma mütəmadi olaraq bunu etdiyiniz zaman həqiqətən seksual olacağına söz verirəm".

Psixoloq qısqanclığın “sevgi sübutu olmadığını” ifadə edərək, bu baxışın vəsvəsələrə səbəb ola biləcəyinə işarə edir.

Hamilton, "Bir şeyi sübut etmək üçün partnyorunuzu qısqandırmağa çalışmaq əks nəticə verəcək" deyir, bunun oyuna və ya güc nümayişinə çevrilməməsi lazım olduğunu söyləyir.