Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib

17:07 28.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qlobal Cənub Qeyri-Hökümət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib.

Hafta.az xəbər verir ki, bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib.

Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının 1 il müddətinə müvəqqəti Baş katib seçilib, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib.

Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.