“Qremmi”nin beşqat laureatı öldü

19:24 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qremmi” musiqi mükafatının beşqat laureatı olan amerikalı müğənni Bi Cey Tomas 78 yaşında dünyasını dəyişib.

 

Hafta.az xəbər verir ki, bu barədə musiqiçinin Tvitter səhifəsində məlumat verilib. Bildirilir ki, sənətçi ağciyər xərçəngindən vəfat edib.

 

Qeyd edək ki, Bi Cey Tomas “Butç Kessidi və Sandens Kid”, “Forrets Qamp”, “Hörümçək adam -2” kimi məşhur filmlərdə səsləndirilən “Raindrops Keep Faillin on My Head” mahnısı ilə məşhurdur.

Oxunma sayı 1063