Yazını böyüt
Yazını kiçilt
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Parisə səfər edəcək.
Hafta.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasında bildirilib ki, səfər zamanı bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, avqustun 29-da Qriqoryan İrana səfər edib və İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə danışıqlar aparıb. O, İran tərəfini avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərlə tanış edib. Erməni rəsmini İran prezidenti Məsud Pezeşkian da qəbul edib.