Qusarda yük avtomobili AŞDI

12:08 04.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba-Qusar yolunun Xucbala kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, 99-DO-828 dövlət qeydiyyat nişanlı "MAN" markalı yük avtomobilinin sürücüsü Rasim Mutayev idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Qusarda yük avtomobili AŞDI: İki nəfər xəsarət aldı

Qəza nəticəsində sürücü və sərnişini Sərdar Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.