Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirilib - Səhiyyə Nazirliyi

10:39 22.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb.

Nazirlikdən hafta.az-a verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.