Hollivud ulduzu Robert De Nironun sevgilisi Tiffani Çen, qızlarının doğulmasından sonra "bütün üz funksiyalarını" itirdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, 45 yaşlı Tiffani aprel ayında Cayanı dünyaya gətirdikdən sonra ilk müsahibəsində CBS Mornings-in aparıcısı Cayle King-ə "doğuşdan sonrakı ağırlaşmalarından" danışıb. O, doğuşdan sonra sifətində qəribə bir hiss olduğunu və dilinin qəribələşdiyini bildirib.
"Evə çatanda hər şey öz-özünə çökməyə başlayırdı, sanki üzüm əriyirdi" deyən Çem bildirib ki, təxminən bir həftə sonra yemək yeyərkən ağzını tərpədə bilməyib. Xəstəxanaya müraciət edilərkən isə üz iflicinə səbəb olan nevroloji xəstəlik - Bell iflici keçirdiyi üzə çıxıb.
Mayo Klinikasına görə, Bell iflici üzün bir tərəfindəki əzələlərin zəifliyinə səbəb verə bilər, lakin adətən müvəqqəti olan vəziyyət bir neçə həftə ərzində yaxşılaşır. Çenin təcrübəsinə görə, üzünün hər iki tərəfi təsirlənib.
"Kəskin periferik üz iflici" olaraq da bilinən bu vəziyyət üzün qəfildən qeyri-mütənasib və ya əyilməsinə, iki gün ərzində pisləşməsinə səbəb ola bilər. Bell iflicinin təsdiqlənmiş səbəbi yoxdur. Üz iflici İnstitutu isə çox sayda halları hamiləlikdən sonra qadınlarla əlaqələndirir.