Ronaldonun Corcina ilə eşq hekayəsi sənədli filmə çəkiləcək

10:28 05.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun Corcina Rodrigeslə yaşadığı eşq hekayəsi sənədli filmə çəkiləcək.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, ötən günlərdə adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran futbolçu təkcə uğurları ilə deyil, həm də sevgi hekayəsi ilə də diqqətləri üzərinə çəkməyi bacarıb. Bir müddət məşhur model İrina Şeyklə sevgili olan Ronaldonun Corcina ilə yaşadığı uzunmüddətli münasibət sənədli filmin mövzusu olacaq. Filmin rəqəmsal platformada yayımlanacağı bildirilir.

Qeyd edək ki, cütlük 2016-cı ildə tanış olub. Rodriges 2017-ci ildə Ronaldo üçün qız övladı dünyaya gətirib. Ronaldonun ümumilikdə 4 övladı var.

Oxunma sayı 115