Yazını böyüt
Yazını kiçilt
Xalq artisti Röya Ayxanın Moskvada “Vegas City Hall” salonundakı konserti təxirə salınıb.
Hafta.az xəbər verir ki, buna səbəb “Crocus City Hall”un konsert zalında baş verən silahlı insident olub.
Xalq artisti Röya Ayxan hadisədən dərhal sonra video paylaşıb. O, instaqram səhifəsində bildirib ki, teraktdan 2 dəqiqə sonra səhnəyə çıxması planlaşırılıbmış. Ona çoxsaylı zənglərin gəldiyini deyən Röya həyəcanını gizlədə bilməyib.
Qeyd edək ki, hazırda əraziyə xüsusi təyinatlılar cəlb edilib. “Vegas Hall”da insanlar təxliyyə edilir.