Rus deputatdan qəribə təklif: reklamlara ancaq çoxuşaqlı ailələr çəkilsin

11:30 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada əhalinin azalması probleminin qarşısını almaq üçün yeni tədbirlər gündəmdə qalmaqda davam edir. Dövlət Dumasının deputatı Dmitri Qusyev təklif edib ki, ailələrin çəkildiyi reklamlarda yalnız çoxuşaqlı ailələr yer alsınlar.

Hafta.az-ın yazdığına görə, bunun doğum nisbətlərinin artmasına səbəb olacağını təxmin edən deputat, “Sayımızın artması üçün 11 milyon çoxuşaqlı ailə lazımdır. Bu gün Rusiyada bu ailələrin sayı cəmi 2 milyondur. Unikal tədbirlərə ehtiyac var” deyib.

Reklamları tənzimləyən qanunun dəyişdirilməsinin lazım olduğunu deyən Qusyev çoxuşaqlı ailələrin görüntülərinin televiziya və kinolarda yer alması lazım olduğunu bildirib. Onun fikrincə, bu cür reklamları görən ailələr daha çox uşaq dünyaya gətirməyə başlayacaqlar.