Rusiya 244 Ukrayna PUA-sını məhv edib

14:25 06.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 244 PUA-nı vurub.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, hava hücumundan müdafiə sistemləri yeddi idarə olunan aviasiya bombasını və təyyarə tipli 244 pilotsuz uçuş aparatını vurub.