Rusiya banklarına nağd valyuta satışına icazə verilib

11:48 18.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Bankı nağd valyuta satışına icazə verib.

Hafta.az xəbər verir ki, Rusiya bankları aprelin 9-dək kassalara daxil olmuş xarici valyutanı sentyabrın 9-dək vətəndaşlara sata bilər.

Bundan əlavə, martın 9-dək valyuta hesabı açmış vətəndaşlar öz hesablarından 10 min dollar və ya avro çıxara bilərlər. Əlavə məbləği isə hesabdan rublla əldə etmək mümkündür.