Fransa, İngiltərə və Almaniyanın Ukraynaya ağır silah və tank göndərmə qərarını "qırmızı xətti keçmək" kimi şərh edən Rusiya, Belqorod nüvə sualtı qayığına yerləşdiriləcək "Poseydon" torpedaları üçün ilk nüvə başlığının istehsal edildiyini açıqladı.
Almaniya hökuməti bu gün Ukraynaya çatdırılması planlaşdırılan hərbi yardımların siyahısını dərc edib. Siyahıya 40 Marder tipli piyada döyüş maşını, Patriot hava hücumundan müdafiə sistemləri və raketləri, 100 min ilk yardım dəsti və müşahidə üçün istifadə edilən 114 pilotsuz uçuş aparatı daxildir.
Britaniya hökumətindən verilən açıqlamada yaxın günlərdə Ukraynaya 14 ədəd “Challenger-2” tankı və 30 ədəd 155 millimetrlik “AS-90” haubitsasının göndəriləcəyi bildirilib.
İngiltərə-Almaniya və Fransa ilə yanaşı, Polşa da Ukraynaya müəyyən miqdarda Almaniya istehsalı olan “Leopard” tankları göndərməyi planlaşdırır. ABŞ “Abrams” tanklarının göndərilməsi üçün düyməni basdı.
Qərbin ardıcıl bəyanatlarına Rusiyanın reaksiyası gecikməyib.
Rusiyanın Tass xəbər agentliyi bu gün “Qiyamət silahı” kimi tanınan Belqorod nüvə sualtı qayığında yerləşdiriləcək “Poseydon” torpedaları üçün ilk nüvə başlığının istehsal edildiyini açıqlayıb.
"Poseydon torpedaları üçün ilk nüvə başlığı istehsal edilib. Yaxın vaxtlarda Belqorod sualtı qayığı onları qəbul edəcək", - dövlət xəbər agentliyinə adı açıqlanmayan müdafiə mənbəsi bildirib.
Poseydon 500 metrə yaxınlaşan nüvə sunamisini işə salmaq üçün nəzərdə tutulmuş apokaliptik cihaz adlanır.
Həm ABŞ, həm də Rusiya hərbi rəsmilərinin açıqlamalarına görə, Poseidon yaratdığı radioaktiv sunami ilə bütün sahil xəttini məhv edə bilər.
Nüvə başlığının istehsalı ilə bağlı xəbərlər Rusiya mətbuatında geniş yer tapıb.
"Rossiya 1" dövlət kanalında Poseydonun tanıdıldığı proqrama qatılan istefada olan general Andrey Qurulev Ukraynaya tank göndərən Böyük Britaniya və Almaniyanın qırmızı xətti keçdiyini iddia edərək təhdidlər yağdırıb.
Britaniyanı "özünü bəyənmişlikdə" günahlandıran Qurulev ölkəsinin Londonu nüvə silahı olmadan xəritədən silə biləcəyini iddia edib.