Yazını böyüt
Yazını kiçilt
Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə maliyyə təminatı idarəsinin rəisi ötən gün Zamşina küçəsi, 31 ünvanında yerləşən evin pəncərələrinin altında ölü tapılıb.
78.ru-nun öz mənbələrinə istinadən verdiyi məlumata görə, 58 yaşlı qadının əşyaları və sənədləri onun yaşamadığı evin 16-cı mərtəbəsinin ümumi eyvanında aşkar edilib.
Qərb Hərbi Dairəsinin mətbuat xidməti onların əməkdaşının ölümünü təsdiqləyib.
Polis baş verənləri araşdırır.