Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana yola düşüb

15:10 26.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Briqada generalının komandanlığı altında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana yola düşüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bildirilib ki, yanvar ayından etibarən türkiyəli hərbiçilər rusiyalı hərbiçilərlə bərabər Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Birgə Monitorinq Mərkəzində xidmətə başlayacaqlar.