Yazını böyüt
Yazını kiçilt
Rusiyanın şərqində yerləşən Kamçatka diyarında altı maqnitudalı zəlzələ qeydə alınıb.
Hafta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 233 kilometr kənarda yerləşib.
Yeraltı təkanın 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.