Rusiyalı əsgərlərə ölən yoldaşlarının başını kəsmək tapşırılıb?

09:52 18.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəsmi sosial media hesabında Rusiya ordusu ilə bağlı sızdırılmış söhbət paylaşılıb. Söhbətdə məlum olub ki, rus əsgərlərə komandirləri tərəfindən ölü cəsədlərini "təxliyə etmək" əvəzinə onların başını kəsmək və şəxsiyyətlərini təsdiq edən sənədləri götürmək əmri verilib.

Hafta.az yazır ki, Baş Kəşfiyyat İdarəsinin söhbətlə birlikdə yayımladığı bəyanatda deyilir: "Rəislərinin əmrinə əsasən, rus əsgərlər şərəfli dəfn əvəzinə yoldaşlarının baltası ilə qarşılanırlar. Bu, təcrid olunmuş bir hadisə deyil, işğalçı qüvvələrdə kök salmış "ənənədir".

Bəyanatda qeyd olunur ki, əsgərin cəsədi Rusiya ordusu üçün əlavə yükdür və uzun müddət dəfn edilməmiş bir cəsədin "təxliyəsi" Rusiya ordusu üçün problem yaradır.

"Fak" və "Ələddin" kod adlı işğalçı Rusiya ordusunun komandirlərinin dəfələrlə rəhbərlərinin əmri ilə oxşar vəhşiliklər törətdikləri bildirilir.

Digər tərəfdən, rus əsgərlərin əsasən həlak olmuş "yoldaşlarının" başını kəsməkdən deyil, komandirlərinin bu barədə məlumat əldə etdikdə reaksiyasından qorxması diqqət çəkir. Buna görə də, rus əsgərlər hətta şəxsi söhbətlərində belə məsələni açıq şəkildə müzakirə etməkdən çəkinir, radio siqnalları əvəzinə şəxsi mesajlar vasitəsilə əlaqə saxlayırlar.