Rusiyalı model 15 il həbs oluna bilər

23:00 15.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən "Vogue" jurnalının 27 yaşlı modeli Lilia Sudakova 15 il müddətinə həbs oluna bilər.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı model törətdiyi cinayəti etiraf edib. İstintaqla müəyyən edilib ki, cinayət 2020-ci il noyabrın 28-də cütlüyün yaşadığı binada törədilib. Liliyanın sözlərinə görə, hadisədən bir gün öncə evə içkili gələn həyat yoldaşı Sergey Papovla birlikdə olmaqdan imtina edib. Ertəsi gün isə əri evə başqa bir qadınla gəlib.

Dəfələrlə ərindən şiddət görməsi ilə bağlı şikayətçi olan Liliya onun xəyanəti və aqressiv davranışı səbəbindən özünü müdafiə etmək üçün Sergeyi bıçaqladığını bildirib. Sergey aldığı zərbələrdən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

İstintaq zamanı modelin təcili yardım çağırması, zərərçəkənə ilkin tibbi yardım göstərməsi, həkim və polis gələnə qədər onun yanında olması, eyni zamanda müstəntiqlərə ətraflı ifadə verməsi nəzərə alınıb.

Buna baxmayaraq Liliyanın 15 ilə qədər həbs olunacağı bildirilib. Məhkəmə yaxın aylarda baş tutacaq.

Oxunma sayı 20