Rusiyanı tərk edənlərin əmlakı kimsəsizlərə veriləcək

12:04 19.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dövlət Dumasının vitse-spikeri Anna Kuznetsova ölkədən gedən rusların əmlakından kimsəsiz uşaqlara ev verilməsi üçün istifadə etməyi təklif edib. Bu barədə TASS məlumat yayıb.

“Vətənə xəyanət edənlər var. Ölkəni tərk edənlər var, Rusiya ərazisində o təşkilatlar var ki, onların sahibləri dost olmayan ölkələrdən gələnlərdir” - o, Kemerovoda kimsəsiz uşaqların mənzillə təmin edilməsi məsələsinə həsr olunmuş iclasda bildirib.