Sabah bir sıra yollarda görünüş məsafəsi məhdudlaşacaq

21:00 03.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 4-də bir sıra magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 4-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.