Sabunçuda istirahət mərkəzində yanğın olub

22:19 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda istirahət mərkəzinin ərazisində bir neçə kottec yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb. Kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.