Şagirdlərin elektron yerdəyişməsi davam edir

15:42 10.12.2020
Yazını böyüt
Yazını kiçilt

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalında qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasını, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilini təmin edir.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi portalı noyabrın 16-sı saat 11:00-dan etibarən aktivdir.