Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

11:39 25.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

25 aprel Azərbaycanda Sahibkarlar Günüdür.

KOBİA-dan hafta.az-a verilən məlumata görə, bununla bağlı sahibkarlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Sahibkarlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.