Şahzadə Harri kitab yazacaq

21:14 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı, aktrisa Meqan Marklla sarayı tərk edən Harri həyatını qələmə almağı planlaşdırır.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, artıq Harrinin nəşriyyatlardan biri ilə müqavilə bağladığı bildirilir. O, kitabında dünyaya gəldiyi şahzadə obrazını deyil, olmağını seçdiyi xarakterin həyatını oxuculara çatdıracaq.

Kitab gələn ilin sonlarına doğru işıq üzü görəcək. Şahzadənin nəşriyyatla 20 milyon dollar qarşılığında razılaşdığı bildirilsə də bu haqda rəsmi açıqlama verilməyib. Lakin qazancın xeyriyyə təşkilatlarına bağışlanacağı qeyd olunur.

Oxunma sayı 1238