Şakira aktyor Lüsyen Laviskontla eşq macərası yaşayır

09:50 05.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pop ulduzu Şakira yeni klipində rol alan britaniyalı aktyor Lüsyen Laviskontla yeni eşq macərasına başlayıb.

Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, Netflix-in məşhur romantik komediya serialı “Emily In Paris”in ulduzu ilə münasibətə başlayan Şakiranın dostları bu flörtün məşhur müğənnini əsəbiləşdirə biləcəyindən narahatdırlar.

31 yaşlı aktyor Şakiranın "Punteria" mahnısının klipində rol alıb. Onların klipdəki səmimi görüntüləri cütlüyün yeni eşq macərasına başlaya biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

Məşhur müğənniyə yaxın mənbə cütlüyün birlikdə olduğunu təsdiqləsə də, Şakira və Laviskontun münasibətlərinin ciddi olmadığını iddia edib.

“Şakira aşiq olmaq üçün ölür” deyən mənbə “Daily Mail”ə əlavə edib: “Ancaq onun dostları narahatdır ki, Lüsyen məşhur qadınlarla görüşərək şöhrət nərdivanını yavaş-yavaş dırmaşmaq istəyir”.

Anonim mənbə davam edib: "Birlikdə olduğu qadınların hamısı çox fərqlidir. İndi o, Şakiranı görür və Şakira sevgi istəyir. Amma dostları onun sadəcə insanların onun adını bilməsini istədiyini düşünür və Şakira bunu təmin edir. Onlar bir-birlərini görürlər. amma hələ ciddi münasibətdə deyillər" .

Mənbə pop ulduzun ona xəyanət edən keçmiş əri Jerar Pikeni “unuda bilmədiyini” və ətrafdakıların “intiqam üçün Lüsyenlə görüşdüyünü bildiyini” iddia edib.

Musiqi videosu yayımlandıqdan bir neçə gün sonra ikili Nyu-Yorkda italyan restoranı “Carbone”da şam yeməyi yeyərkən görüntülənib.

Kolumbiyalı müğənnidən əvvəl Lüsyen Laviskont Britaniyanın “Atomic Kitten” qrupundan Kerri Katona ilə münasibətdə idi.

Britaniyalı aktyor “Little Mix” filmindən Cesi Nelsonla da görüntülənib.

Laviskont 2021-ci ildə göründüyü Parisdə “Emily” filmində Emilinin sevgilisi Alfi obrazını canlandırır.